Xəzər dənizində zəlzələ olub

22 Noyabr 2017 10:38 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 08:36:11-də qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.