45 yaşlı kişi qətlə yetirildi

22 Noyabr 2017 12:30 (UTC+04:00)

Bakıda qətl törədilib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndər Şükür oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı, 1972-ci il təvəllüdlü İlqar Yelmar oğlu Mirzəyevi bıçaqlayaraq öldürüb.

 

Ş. Hüseynov saxlanılıb.

 

Faktla bağlı Qaradağ rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.