Bakıda xəstəxanadan qaçan şəxsin DƏHŞƏTLİ SONU

22 Noyabr 2017 13:10 (UTC+04:00)

Bakıda küçədə xəstəxanadan qaçmış şəxsin meyiti tapılıb. Movqe.az xəbər verir ki, noyabrın 18-də 2 №-li Psixi Əsəb Dispanserindən qaçmış və barəsində axtarış elan olunmuş 41 yaşlı Məmmədov Fuad Səlim oğlunun meyiti Qazolin küçəsi 35 ünvanının qarşısından tapılıb. Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

 

Bildirilir ki, F.Məmmədov xəstəxanadan qaçandan sonra küçələrdə yaşayıb.

 

Araşdırma aparılır.