Keçmiş arvadını öldürüb qaçdı, 45 gün sonra ələ keçdi - AZƏRBAYCANDA

22 Noyabr 2017 13:30 (UTC+04:00)

Oktyabrın 5-də Gədəbəy rayonu Arıqdam kəndində keçmiş həyat yoldaşını qətlə yetirib qaçan şəxs tutulub. Movqe.az xəbər verir ki, keçmiş qayınatasının evində 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək öldürən və daha sonra ərazidən uzaqlaşan Fariz Muxtarov Şəmkir rayonunda yaxalanıb. Onun bu müddət ərzində müxtəlif insanların evində gizləndiyi və son olaraq, babasının evinə getdiyi müəyyən edilib.

 

Qeyd edək ki, F.Muxtarovla keçmiş xanımı arasında alimentə görə münaqişə baş verib.

 

Onların 2 azyaşlı övladı qalıb.