Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə təhvil verəcəyi tarix açıqlanıb

22 Noyabr 2017 18:30 (UTC+04:00)

“Rusiya “S-400” zenit-raket kompleksini 2019-cu ildə Türkiyəyə təhvil verəcək”.

"Movqe” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli parlamentdəki çıxışında bildirib.
Nazir Silahlı Qüvvələrdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatlardan da danışıb. O qeyd edib ki, FETÖ üzvü olan 8 min 570 nəfər Silahlı Qüvvələr sıralarından kənarlaşdırılıb: “Onların 150-si general, 4 min 630-u isə digər rütbəli zabitlərdir”.