Küsəndən sonra işləri yolunda getmir

12 Mart 2013 17:12 (UTC+04:00)

Selena Qomezdən ayrıldıqdan sonra çətin günlər yaşayan Castin Bieber keçmiş sevgilisi ilə barışmağa çalışır. Movqe.Az-ın məlumatına görə, bir model ilə səmimi görüntülər verdiyi üçün tərk edilən Bieber bu günlərdə Selena Qomezlə yeməkdə görüşəcəklər. Qomezin də Castin Bieberi bağışlamağa hazır olduğu iddia edilir. Qomezdən ayrılan Bieber, Londondakı konsertinə 2 saat gec qalıb, digər konsertində vəziyyəti pisləşib və daha sonra da onu çəkmək istəyən jurnalistlərə hücum edib.