Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir. Turnirdəki təmsilçimiz “Qarabağ” cari mövsüm son ev oyununda“Chelsea”ni qəbul edib. Movqe.az goal.az-a istinadla xəbər verir ki, Ağdam klubu 4 cavabsız qolla uduzub. "Köhlən atlar" oyunun 70 dəqiqəsini 10 nəfərlə oynamaq məcburiyyətində qalıb. Komandanın kapitanı Rəşad Sadıqov qırmızı vərəqə ilə cəzalandırılıb.
Çempionlar Liqası, V tur
22 noyabr
C qrupu
21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Eden Hazard, 21 (p), Vilyan, 36, 85, Sesk Fabreqas, 73 (p)
Qırmızı vərəqə: Rəşad Sadıqov, 20 ("Qarabağ")
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu