"Qarabağ" - "Chelsea" matçının ən yaxşısı müəyyənləşdi

23 Noyabr 2017 13:24 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Qarabağ” - “Chelsea” oyununun ən yaxşısı müəyyənləşib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Chelseai"nin belçikalı yarımmüdafiəçisi Eden Hazard matçın ən yaxşısı seçilib. O, komandasının qələbəsinə penaltidən vurduğu qolla töhfə verib.

Xatırladaq ki, qarşılaşma London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə nəticələnib.