Sevgilisi ilə öpüşən oğlan zəhərlənib öldü - FOTO

23 Noyabr 2017 14:53 (UTC+04:00)

Amerikanın Oregon ştatında qəribə hadisə baş verib.

Movqe.az  milli.az-a istinadla bildirir ki, qadın ömürlük azadlıqdan məhrum edilən sevgilisinə narkotik maddə vermək üçün onunla həbsxanada görüşü zamanı öpüşüb.

Melissa Ann Blair adlı qadın Anthony Powell adlı sevgilisinə ağız yolu ilə narkotik maddə ötürüb. Belə ki, o, ağzına qoyduğu kiçik torbalardakı narkotiki öpüşərək sevgilisinə keçirib.

Onlar öpüşdükdən qısa müddət sonra torbalar oğlanın mədəsində partlayıb və oğlan zəhərlənərək ölüb.

 

Oğlanın ölümünə səbəb olan və həbsxanaya narkotik maddə keçirən Melissa 2 müddətinə həbs olunub.