Ağacan Abiyev "Şərəf" ordeni ilə təltif edildi

23 Noyabr 2017 15:49 (UTC+04:00)

Prezident İlham Əliyev A.Q.Abiyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev "Şərəf" ordeni ilə təltif edilsin.