Gülnar Rəsulovaya "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib

24 Noyabr 2017 15:37 (UTC+04:00)

Prezident İlham Əliyev Gülnar Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Gülnar Akif qızı Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.