Türkiyə təyyarəsi təcili endi - Pilot özünü pis hiss edib

24 Noyabr 2017 17:39 (UTC+04:00)

“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Serbiyanın paytaxtı Belqradda təcili eniş edib.

Movqe.az-ın məlumatına görə, buna səbəb pilotun özünü pis hiss etməsi olub.

Qeyd olunur ki, təyyarə uğurlu eniş etdikdən sonra pilot xəstəxanaya çatdırılıb.

İstanbuldan Frankfurta reys həyata keçirən təyyarədə 114 nəfər olduğu bildirilir.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.