Bakıda mənzildə qadın meyiti tapıldı

24 Noyabr 2017 18:00 (UTC+04:00)

Bakıda mənzildə 57 yaşlı qadının meyiti tapılıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı il təvəllüdlü Mirsəlimova Gülnarə Mirsadiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.