Argentina Folklend mübahisəsini dayandırmağa hazır deyil

13 Mart 2013 12:41 (UTC+04:00)

Argentinanın prezidenti Kristina Fernandes de Kirşner ötən həftənin sonu Folklend adalarının siyasi statusu ilə bağlı keçirilən referendumu tənqid edib (Xatırladaq ki, referendumda səs verənlərin əksəriyyəti Folklend adalarının Britaniyada qalmasını dəstəkləmişdilər).

Argentina prezidentinin sözlərinə görə, səsvermənin nəticəsi, əlbətə ki, məlum idi və bu,  siyasi qərar oldu. KİV məlumat verir ki, prezident suverenlik məsələsində mövcud münaqişəni qeyd edən ABŞ Dövlət Departamentinin hesabatlarını yada salıb.

Hakimiyyət orqanları BMT-nin mövcud qətnamələrinə müvafiq olaraq bu məsələ ilə bağlı dialoqu davam etdirməyə çağırblar.

"Pravda.ru"-nun məlumatına görə, bu günlərdə məlum olub ki, Folklend adalarının sakinləri, əvvəlki kimi, Böyük Britaniyanın ərazisi hesab olunmaq üşün səs veriblər. Bu statusun saxlanması üçün referendumda iştirak edənlərin təxminən 99 faizi bunu dəstəkləyib. Qeyd edək ki, adanın əhalisinin sayı  3 mindən çox deyil və onun yarısından bir qədər çoxunun səsvermə hüququ var.

Bir müddət əvvəl Argentina Böyük Britaniyadan Folklend adalarını qaytarmağı tələb etmişdi və ölkə prezidenti Kristina Fernandes de Kirşner bununla bağlı Böyük Britaniyanın baş naziri Devid Kamerona məktub göndərmişdi. 

Siyasətçi  məktubda adaların Argentinadan hələ 1833-cü ildə güclə alınmasını diqqətə çatdırıb.Mövcud şərait  nəzərə alnaraq, adaların əhalisinin hansı ölkənin vətəndaşları olmaq istəmələri üçün referendum keçirilməsinə qərar verilib.