Amerikalı 10 yaşlı qız tarakan saxlayır — FOTO

17 Avqust 2018 14:46 (UTC+04:00)

ABŞ-da yaşayan 10 yaşlı Şelbi Kanterman heyvanları çox sevir. Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, Şelbi ev heyvanı olaraq tarakan saxlayır. Onun 7 min tarakanı var və böcəklərin sayı hər gün artır.Şelbi Oklahoma ştatında yaşayır. O, böcəklərini o qədər sevir ki, çox vaxt sırf onlarla bir yerdə olmaq üçün evdən çölə çıxmaq istəmir.Şelbi 18 aylıq olduğu dövrdən tarakanlara maraq göstərib. Ailəsindən böcək istəyən qıza anası 5 hamam böcəyi verib. Amma qısa müddətə artan tarakanların sayı 7 minə çatıb.