Uşaqlarını "Facebook"dan satmağa çalışdı!

13 Mart 2013 15:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın Oklahoma əyalətində yaşayan 22 yaşlı bir qadın, iki uşağını facebook vasitəsilə satmağa çalışıb. Misti Van Horn adlı qadın, facebook profili vasitəsilə hələ 10 aylıq olan qızını min dollara, 2 yaşlı qızını isə 4 min dollara satışa çıxarıb. Həbsdəki kişi yoldaşının girov haqqını ödəmək üçün belə bir yola girişdiyi öyrənilən gənc qadının uşaqları mühafizə altına alınıb​​.