Facebook sizi "ələ verir"

13 Mart 2013 16:22 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Facebookda "bəyən" düyməsini necə istifadə etməyiniz şəxsiyyətiniz haqqında çox sayda məlumat verir.  İngiltərədə Kembric Universitetinin alimləri, Facebook istifadəçilərinin "bəyən" düyməsini hansı mövzular üzərində istifadə etməsinə  görə bu kəslərin din, siyasət, irq və cinsi məlumatları haqqında fərziyyələr əldə edən bir alqoritm inkişaf etdirib. Bununlada şəxsiyyətiniz haqda 88 faiz doğru təxminlər edilir. Kosinski, Facebook istifadəçilərinin bu mövzuda bəzi sadə tədbirlər alaraq özlərini qoruya biləcəklərini söyləyib. "Facebook"da bəyən düyməsinə bağlı məlumatı, profil gizlilik nizamları vasitəsilə gizli hala gətirmək mümkündür. Ancaq istifadəçi, gizlilik parametrlərini aktivləşdirməzsə, bəyən düyməsi avtomatik olaraq cəmiyyətə açıq bir məlumat sayılır. Şəxsi həyatı müdafiə edən "Big Brother Watch" adlı təşkilat isə, "Facebook"dakı bəyən düyməsinin kənarında, skaner keçmişindən tutmuş axtarış sözlərinə qədər rəqəmsal arxivin bir çox sahədə istismara açıq olduğunu söyləyib.