Sensasiya: Marsda həyat varmış...

13 Mart 2013 17:17 (UTC+04:00)
Onlar dünən hesabat yayaraq bildiriblər ki, aparılan son tədqiqatların nəticələrinə görə, Marsda həyat olub. Buna "Qırmızı planet"də aşkarlanmış mineral və süxur nümunələri dəlalət edir.

Movqe.az Space-ə istinadən bildirir ki, NASA-nın Mars Araşdırma Proqramının təmsilçisi Maykl Meyer keçirdyi mətbuat konfransında bu barədə açıqlama verib.

"Marsda bir zamanlar həyat olduğunu düşünürük. Sübutları isə fevralın 9-da Mars səthini dələrək süxur nümunələri götürmüş Curiosity aparatından gələn cavablardan sonra açıqlaya bilərik. Marsda tapılmış minerallarda su izləri var", - Meyer deyib.

2011-ci ilin noyabrın 26-da Marsa göndərilmiş Curiosity 2012-ci ilin avqustun 6-da "Qırmızı planet"in səthinə enmişdi.