Fransa ağa bürünüb

13 Mart 2013 20:34 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Qar soyuq hava dalğası, Fransada gündəlik həyata mənfi istiqamətdə təsir etməyə davam edir. Ölkə daxilində 17 bölgədə təsirini hiss etdirən pis hava şərtləri, qatar təyyarə səfərlərinin axsamasına səbəb olub. Fransa İngiltərə, Belçika Hollandiya arasında dünən ləğv edilən qatar səfərləri isə bu gün yenidən başlayıb. Ölkənin şimalında təxminən 69 min evə hələ də elektrik enerjisi verilə bilmir. Meteorologiya İdarəsi, pis hava şərtlərinin bu gün təsirini davam etdirəcəyini, sabahdan etibarən soyuq hava dalğasının ölkəni tərk edəcəyini bildirib.