Ermənilər atəşkəsi pozublar

14 Mart 2013 10:44 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Movqe.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı  məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.