“Azərsu” ASC: Yağış Bakıda problem yaratmayıb

7 Dekabr 2017 15:30 (UTC+04:00)

"Dünən və bu gün paytaxt ərazisində yağan yağış küçə və prospektlərdə hər hansı problem yaratmayıb və əvvəlki illərdə olduğu kimi su yığıntıları yoxdur”.

Bu barədə AzVision.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

Qurum rəsmisi bildirib ki, Dərnəgül yolu, Ziya Bünyadov prospekti, Binəqədi yolu, Biləcəri qəsəbəsinin aşağı hissəsindəki həyət evlərində problemlər müşahidə edilmir: “Mütəxəssislərimiz əraziləri gəzir, heç bir ciddi problem yoxdur. Hansısa küçədə ola bilsin ki, yağış barmaqlığı olmasın, su yığılsın. Lakin Bakı küçələrinin əksəriyyətində yağış barmaqlıqları var”.