Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının başına araq butulkası vuraraq öldürməkdə təqsirləndirilən Sərxan İsmayılova hökm oxunub.
Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Tamella Nəsrulayevanın icraatında olan prosesdə S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xaçmaz rayonunda fəhlə işləyən S.İsmayılov kafedə tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Sərxoş dostlardan Ə.Əzizlinin digərini söyməsi davaya səbəb olub və S.İsmayılov stolun üstündəki 0.7 litrlik araq butulkasını onun başına çırpıb. Xəstəxanaya yerləşdirilən Ə.Əzizli 3 gün sonra vəfat edib.