Nura pulsuz solo konsert verəcək

14 Mart 2013 13:18 (UTC+04:00)

Müğənni Nura Surinin solo konserti keçiriləcək. Movqe.az-ın məlumatına görə, konsertə giriş sərbəstdir: "Bu konsertim ticarət mərkəzinin təşəbbüsü ilə həyata keçəcək. Bilet almağa ehtiyac yoxdur, ürəyi istəyən gəlib əylənə bilər. Bu da Novruz öncəsi sizə hədiyyəm olsun". 


Bir saatlıq çıxışının nəzərdə tutulduğunu deyən Nura Suri, konsert proqramında ikinci və üçüncü solo albomundan mahnılar səsləndirəcək: "Mahnıların tamaşaçıların da könlünü oxşayacağına ümid edirəm. Məndən öncə isə instrumental musiqi qrupunun çıxışı nəzərdə tutulur".