Dövlət Kino Fondu: "Əkrəm Əylislinin ekranlaşdırılmış əsərlərinə tələbat qalmayıb"
14 Mart 2013 14:04 (UTC+04:00)
"Əkrəm Əylislinin ekranlaşdırılmış əsərlərinə bu gün tələbat olmasa
da, Dövlət Film Fondu onun əsərləri əsasında çəkilmiş filmlərin
lentlərini qoruyacaq".
Bu sözləri Movqe.az-a Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad
Qasımov deyib: "Ola bilsin ki, içi mən qarışıq bu gün heç kəs Əkrəm
Əylislinin nə "Adamlar və Ağaclar" silsilə povestlərindən
biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmış"Tənha narın
nağılı" nə dəki "Gilas ağacı" eləcə də digər filmlərinə baxmaq
istəməsin. Amma bu filmlər çox gözəl filmlərdir və qorunub
saxlanılmalıdır. Hardasa Əkrəm Əylislinin kitabını yandırıblar
deyə, onun əsərləri əsasında çəkilmiş kinolara da eyni cür
münasibət göstərmək olmaz. Bu kinolentlər arxivdə qorunur və
saxlanılır. Əkrəm Əylisli dövrünün ən yaxşı dramaturqu olub. Amma
onun "Daş Yuxular" əsəri nə dram əsər ki, nə də ideoloji əsər kimi
yararlıdır".