Məhkəmə binasında atışma olub

14 Mart 2013 15:36 (UTC+04:00)

Bu gün Türkiyənin Qaziantep vilayətində məhkəmə binasında naməlum qruplar arasında atışma olub. Bu barədə Mövqe.az  "CNN Türk" telekanalına istinadən məlumat verir.

İlkin məlumata görə, atışma nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.