Sabah Bakıda və Abşeron rayonunda su olmayacaq

14 Mart 2013 15:41 (UTC+04:00)

Maştağa su anbarının nasosxanalarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar Ceyranbatan-Maştağa magistral su kəmərləri ilə içməli suyun nəqli müvəqqəti dayandırılacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Mövqe.az-a  verilən məlumata görə, bununla əlaqədar martın 15-də saat 08:00-dan etibarən 24 saat müddətində Bakının Suraxanı, Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.