Azərbaycanda istehlak kreditlərinin faiz
dərəcələrinin aşağı salınması ilə bağlı addımların atılacağı
gözlənilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
cümə axşamı Trend-ə bildirib ki, istehlak kreditlərinin faiz
dərəcələrinin aşağı salınması, bu bazarın tənzimlənməsi
istiqaməində işlər aparılır.
Onun sözlərinə görə, istehlak kreditlərinin faiz dərəcələri ilə
bağlı bu sahənin mütəxəsisləri ilə birlikdə geniş ictimai
dinləmənin keçirilməsi planlaşdırılır.
Səmədzadə həmçinin qeyd edib ki, "Rəqabət məcəlləsi" də yaxın
vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Komitə sədri deyib ki, bu günlərdə sahibkarların və iqtisadçı mütəxəsislərin iştirakı ilə "Rəqabət Məcəlləsi" ilə bağlı geniş müzakirələr keçirilib və həmin müzakirələrdə xeyli sayda dəyərli təkliflər səsləndirilib.
"Biz komitənin növbəti iclaslarınadək həmin
təklifləri dəyərləndirəcəyik və məqbul olanlar məcəlləyə
salınacaq", - o deyib.
Səmədzadə bildirib ki, məsələ komitədə müzakirə edildikdən sonra
parlamentin plenar iclasına təqdim olunacaq.