Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq insidentsiz başa çatdı

13 Dekabr 2017 13:39 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Movqe.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Oqnyen Joviç, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Gennadi Petrika və Saymon Tiller keçiriblər.