ABŞ Əfqanıstana vəsait ayırıb

14 Mart 2013 14:55 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ Əfqanıstan arasında 249 milyon dollarlıq saziş imzalanıb. ABŞ-ın Əfqanıstana pul köməyi ilə əlaqədar Əfqanıstan xarici işlər nazirliyində təşkil edilən mətbuat konfransında  imza mərasimi keçirilib. Mərasimə ABŞ səfiri Stiven Mak Farland Əfqanıstan xarici işlər naziri müavini Cavid Lodi qatılıb. Mətbuat konfransında ABŞ-ın Əfqanıstana edəcəyi 249 milyon dollar yardımı ilə əlaqədar müqavilə imzalanıb. Mətbuat konfransında danışan Lodi, ABŞ-ın etdiyi yardımdan ötəri məmnuniyyətini dilə gətirərək, "Bu gün imzaladığımız müqaviləylə  ABŞ, Əfqanıstana 249 milyon dollar vəsaitlə kömək etməyi öhdəsinə götürür. Bu miqdar ümumi olaraq  məhkəmə tətbiqlərinə aviasiyanı dəstəkləmə layihələrinə xərclənəcək. " deyib.