Arif Hacılının müavini istefa verdi

14 Dekabr 2017 13:20 (UTC+04:00)

Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah istefa verib. Movqe.az xəbər verir ki, bu barədə E.Fəttah özü məlumat yayıb

O, partiyanın idarəçiliyində yaranan fikir ayrılığına görə istefa verdiyini deyib.

Qeyd edək ki, Arif Hacılının əmri ilə Müsavatın Divan üzvü Razim Əmiraslanlı Elman Fəttahın yerinə siyasi məsələlər üzrə müavin təyin olunub.