Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun təxribatının qarşısını alıb

26 Aprel 2012 21:50 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun təxribatının qarşısını alıb. ANS-in bölgə müxbirinin məlumatına görə, insident Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi istiqamətində qeydə alınıb. Belə ki, ötən gün Ermənistan ordusunun Dovex kəndi sahəsində cəbhə xətti boyu qazıntı işləri aparab və mövqeləri irəli çəkməyə cəhd edib. Azərbaycan tərəfi isə cavab olaraq erməni silahlı qüvvələrinin istifadə etdiyi bir avtomobilə atəş açaraq onu sıradan çıxarıb. Qarşı tərəfdən bir əsgərin yaralandığı bildirilir.

Azərbaycan tərəfi itki verməyib.