Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

15 Dekabr 2017 10:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiya üçün iqtisadi sanksiyaların müddətini uzatmaq barədə siyasi qərar qəbul ediblər.

“Report” xəbər verir ki, müvafiq qərar dekabrın 14-də Aİ sammiti çərçivəsində qəbul olunub.
Bu məsələyə Aİ liderləri tərəfindən işgüzar şam yeməyi zamanı ilk olaraq baxılıb. Sanksiyalar Minsk razılaşmalarının icrasına bağlıdır. Qərarın gələn həftə yazılı prosedur üzrə rəsmiləşdiriləcəyi gözlənilir.