Bakıda valyutadəyişmə məntəqəsinə basqın, yaralı var

15 Mart 2013 11:00 (UTC+04:00)

Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, 3-cü mirkrorayon dairəsi yaxınlığında, Cavadxan küçəsində yerləşən məntəqəyə basqın edən iki nəfər orada işləyən Valeh İsmayılova 3 bıçaq zərbəsi vurublar.


Valyutadəyişmə məntəqəsinə soxulan şəxslər oradan heç nə apara bilməyiblər.Hazırda cinayəti törədən şəxslərin tutulması istiqamətində iş aparılır.


Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.