Bu gün İstanbul sularında gəmilər üzməyəcək

15 Mart 2013 11:03 (UTC+04:00)

İstanbulda bir sıra dəniz səfərləri təxirə salınıb. Movqe/az-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.


Reyslərin təxirə salınmasının səbəb bu ərazidə fırtına ilə bağlı xəbərdarlığın edilməsidir.

Bu gün İstanbulda səhər saatlarından başlayan güclü külək binalara ciddi ziyan vurub. Bir sıra binaların üzərinə ağaclar aşıb. Binaların sakinləri təxliyə olunub.

Sinoptiklər İstanbulda güclü küləyin sabah da davam edəcəyini proqnozlaşdırırlar.