ATƏT-in baş katibi bu gün Azərbaycana səfər edəcək

15 Mart 2013 11:19 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, ATƏT-in baş katibi Lamberto Zannieri bu gün Azərbaycana səfər edəcək. Səfər zamanı Lamberto Zannierinin Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr olacaq. Onun siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır.