Sarışın xanımlara uyğun makiyaj təklifləri

15 Mart 2013 15:03 (UTC+04:00)
Sarışın xanımlar! Verəcəyimiz bir neçə məsləhət ilə bədəninizə saç rənginizə münasib bir makiyaj edə bilərsiniz.
İlk olaraq gecə yoğun işığa məruz qalacağınız üçün transparan pudranı bir fırça ilə üzünüzə çəkin. Ton fərqi yaşamamaq üçün boyun bölgəsinə sürməyi əsla unutmayın. Mat rənglərdə ənlik istifadə etməyiniz sarışın xanımlar üçün daha münasib olacaq. Sarışın xanımlar vurğulu dominant rənglər seçməlidirlər. Tonal Krem seçiminiz yarım ton daha tünd ola bilər. Göz altınızı üstünüzü mütləq işıqlandırın. Gecə makiyajı üçün qızıl rəngi sizin üçün münasib olacaq. Göz konturunuzu qabarıqlaşdırın. Bütün göz qapağınıza kölgə çəkə bilərsiniz. Gözünüzü ön plana çıxarmaq üçün torpaq rənglərində kölgələndirmə edin. Beləcə göz çuxurunuz daha yaxşı görünəcək. Sarışın xanımlar! Gecə makiyajı üçün tünd pomadalar seçməlisiniz. İlk olaraq kontur çəkin süngər köməyiylə üzərindən keçin. Parıldadıcı işıltılı pomadaları seçim etmənizi təklif edirik.