Hadisə məhkəməni uduzdu

15 Mart 2013 15:26 (UTC+04:00)
Müğənni Hadisə, "Twitter" vasitəsilə özü haqqında "Beyonsa oxşamaq üçün 40 soba çörək yeməsi lazım idi. 40 soba çörəyi yedi, obez oldu", "Vergisini PKK dəstəkçisi Belçikada ödəyir" və s. şəklində şərhlər yazması səbəbi ilə Erol Köseyə qarşı qaldırdığı 8 min TL-lik məhkəməni uduzub. Movqe.Az türk mediasına istinadən bildirir ki, Hadisənin qısa bir müddət sonra "Erol Köse bizim böyüyümüzdür, nə desə doğrudur" şəklində dediyi sözlərindən sonra Erol Köse ilə barışsalar da bu vəziyyət uzun sürməyib. Erol Kösenin yenə "Twitter"dən "Vergisini PKK dəstəkçisi Belçikada ödəyir" şəklindəki mesajı Hadisəni məhkəməyə müraciət etməyə vadar edib. Məşhur müğənni təxminən 1.5 il əvvəl İstanbul Asliyə Hüquq Məhkəməsinə müraciət edərək, 8 min TL-lik mənəvi təzminat iddiası açıb. Ancaq məhkəmə, iddianın rədd edilməsinə qərar verib.