İngilislər at ətini bəyəndilər

15 Mart 2013 15:58 (UTC+04:00)

İngiltərənin paytaxtı Londondakı çox yerdə at ətli hamburger satışına başlanılıb. Satışlar güman edildiyindən daha yüksəkdir. Movqe.Az-ın xəbərinə görə, Bir "pub" sahibi keçən aylarda ortaya çıxan at əti qalmaqalının ət satışını artırdığını və tələbin böyük nisbətdə yüksəldiyini bildirib. Həftədə 100-dən çox hamburger satdıqlarını da söyləyən ingilis sahib artan satışdan məmnundur. At ətinin dadının az qala bifşteks konsistensiyasında olduğunu söyləyən başqa bir restoran şefi Maykl Broun isə cümə axşamı 50-dən çox at əti hamburgeri satdıqlarını söyləyib. "Daily Mailin" xəbərinə görə, başqa bir restoran sahibi Lauren Cons at ətinin Avropada yüksək standart olaraq sayılan ət növlərindən biri olduğunu söyləyib.