“Neftçi”nin futbolçusu “Səbail”də

22 Dekabr 2017 14:12 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" bu qış transfer pəncərəsi dönəmində ilk transferini rəsmiləşdirib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, paytaxt klubu gənc və perspektivli yarımmüdafiəçi Fəhmin Muradbəylini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Muradbəyli "Səbail"də icarə əsasında çıxış edəcək.