Mumiyalama üçün gec oldu

15 Mart 2013 18:47 (UTC+04:00)

Venesuelanın keçən həftə vəfat edən14 illik lideri Huqo Çavezin naaşının mumiyalanması çətinlik yaradıb. Movqe.Az-ın məlumatına görə,  Sosialist liderin xələf olaraq təyin etdiyi Nikolas Maduro, bu əməliyyat üçün çox gec qalmış ola biləcəklərini söyləyib. Rusiya və Almaniyadan elm insanlarının ölkəyə gəldiyini söyləyən Maduro, "Bizə, əməliyyatın daha erkən başlaması lazım olduğunu söylədilər." deyib.