“Azərbaycanda Hüquq Müdafiəçisinin İşi” adlı fotosərgi təşkil olunacaq

15 Mart 2013 16:12 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Azərbaycan İnsan Hüquqları Evinin (AİHE) tərəfdaş təşkilatlarından biri olan Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 18-19 mart tarixində Xətai Sənət Mərkəzində "Azərbaycanda Hüquq Müdafiəçisinin İşi" adlı fotosərgi təşkil olunacaq. Təşəbbüs Azərbaycan İnsan Hüquqları Evinin bağlanmasının 2 illiyinə həsr olunur. Tədbirdə Azərbaycan hüquq müdafiəçiləri və QHT fəallarının əzmkar və davamlı fəaliyyətini əks etdirən foto şəkillər sərgilənəcəkdir. Sərginin rəsmi açılış mərasimi saat 11.00-dan 12.30-dək Xətai Sənət Mərkəzinin (ünvan: Xocalı prospekti 40G) 3-cü mərtəbəsində baş verəcəkdir. Sərgidə azərbaycan-ingilis dilində ardıcıl tərcümə təmin ediləcəkdir. Sərgi Avropa Komissiyası və Norveç XİN-nin maliyyə dəstəyi ilə İnsan Hüquqları Evi Şəbəkəsi tərəfindən həyata keçirilən "Azərbaycanda Hüquq Müdafiəçilərinə Dəstək" adlı layihə çərçivəsində təşkil olunur.