"Ölkənin şərqində yerləşən Naipe və Baqadja qaz emalı kompleksləri yeni ilə güclü şəkildə daxil olub. Orada iş dayanmır, bütün günü fəaliyyət davam etdirilir" - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən il 144 min ton sıxılmış qaz və böyük miqdarda
qaz kondensatı istehsal edilib.
Türkmənistanın dəniz və çay nəqliyyatı dövlət xidməti sıxılmış
qazın xüsusi konteynerlərdə Azərbaycana, Bakı limanından isə
Batumiyə və ya Potiyə dəmiryol vasitəsilə çatdırılması imkanlarını
öyrənir.
Sıxılmış qaz Gürcüstandan Rumıniyaya nəql ediləcək. Hazırda bununla bağlı Rumıniya ilə danışıqlar aparılır.
Bundan başqa, Türkmənistan Gürcüstandan Rumıniyaya qaz nəqlini nəzərdə tutan AGRİ qaz kəməri layihəsinə yüksək səviyyədə maraq göstərir.