İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
17 Mart 2013 12:00 (UTC+04:00)
İranda tanınmış azərbaycanlı fəal, din xadimi azadlığa buraxılıb.
"Oyannews"-un verdiyi məlumatına görə, höccətülislam Əbdüləziz
Əzimi Qədim martın 14-də Təbriz həbsxanasından zəmanətlə sərbəst
buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa
şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla
əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Ə. Qədim
bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat
Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. Azərbaycanlı
fəal daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına
köçürülüb. Ə. Qədim əvvəllər də həbs edilib, "Amnesty
İnternational" (Beynəlxalq Əfv Təşkilatı) azərbaycanlı fəalla bağlı
2005-2006-cı illərdə üç ayrı bəyanat verib.