Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq

18 May 2018 14:14 (UTC+04:00)

Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

Movqe.az-ın məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparılıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Trend