Castin Bieberə rəqib gəlir

18 Mart 2013 14:56 (UTC+04:00)

Danimarkalı Benjamin Lasnier, bir il içində 777 min "Instagram" təqibçisi qazanıb. Məşhur pop ulduz Castin Bieberə bənzədilən Benjamin albom çıxarmağa hazırlaşır. Movqe.az-ın məlumatına görə, 13 yaşlı Benjamin Lasnier, bir il əvvəl əmi oğlusunun təkidiylə foto paylaşım şəbəkəsi "Instagram"a üzv olub. Bir şəklinə dərhal 50 bəyənmə gəlib. Kopenhagen şəhərində yaşayan Lasnier, bir il içində "Instagram"a mindən çox şəkil yükləyərək 777 min təqibçi qazanıb. Müğənni Castin Bieberə olan bənzərliyiylə hamının diqqətini çəkən "Instagram" ulduzu, gündə 12 foto paylaşır. Hər bir foto isə orta hesabla 60 min bəyənmə yığır. Lasnierin bu uğuru qısa müddətdə rəsmilərin diqqətini çəkib. Yalnız öz fotoşəkillərini paylaşan Lasnier, "Sony" ilə albom razılaşması imzalayıb. İngilis "The Guardian" qəzetinin xəbərinə görə, Lasnierin musiqi istedadı yoxdur. Ancaq "Sony"nin musiqi üzrə spikeri Kjaerqaard, "Bütün qabiliyyətlər yeni bir ümidlə ən başdan başlayır. Müvəffəqiyyətlərinin limiti yoxdur "deyib.