Bu günə olan hava durumu
27 Aprel 2012 13:47 (UTC+04:00)
Movqe.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və
Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən
buludlu olacağı, yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə
zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz
cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə
isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə aprelin 27-də hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə
isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti
təşkil edəcək.
Tibbi- meteoroloji proqnoz göstərir ki, aprelin 27-29-da Abşeron
yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Komfort
temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi
meteohəssas insanlar üçün əlverişlidir.
Tural QABİLOĞLU