Dikdaban ayaqqabısı çətin vəziyyət yaratdı

18 Mart 2013 16:20 (UTC+04:00)

Keyt Midlton 10 santimetr hündürlüyündəki dikdaban ayaqqabısı üzündən çətin anlar yaşayıb. Movqe.Az-ın məlumatına görə, Ölkənin cənubundakı Hempşirdə təşkil edilən "St Patrick's" gününə həyat yoldaşı Şahzadə Uilliamla qatılan Midlton yüksək dikdaban ayaqqabıları ilə tarazlığını itirərək yıxılmaqdan son anda xilas olub. İngilis qəzetlərindən "The Daily Mail"in saytında yer alan xəbərə görə, İrlandiya Birinci Keşikçilər Taburu əsgərlərini salamlayan zaman sol ayaqqabısının dabanı ilişən Midlton, həyat yoldaşı Şahzadə Uilliama yapışaraq son anda yıxılmaqdan xilas olub və hadisəni gülümsəyərək sovuşdurmağa çalışdığı gözlərdən qaçmayıb.