Türkiyə polis İŞİD-in “naziri”ni saxladı

12 Yanvar 2018 19:00 (UTC+04:00)

Türkiyənin Kayseri vilayətində polis İŞİD terror təşkilatının "kənd təsərrüfatı naziri"ni Tarık Əhmədi saxlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in "cəlladlarından" biri Əbdülxalıq Əbdülqədirsaxlanmışdı.