Marsda buz tapıldı-Foto

12 Yanvar 2018 20:18 (UTC+04:00)

Astronomlar Mars planetində indiyədək naməlum olan 8 buzlaq aşkarlayıblar. Tapılan buzlaqlarçoxsaylı laylardan ibarətdir. Onların tədqiqatı Marsın iqlim tarixi barədə daha müfəssəl məlumatlar əldə etməyə imkan verəcək.

Movqe.az  milli.az-a istinadən bildirir ki, ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin alimləri "NASA Mars Reconnaissance Orbiter" planetlərarası stansiyadakı HiRISE kamerası ilə çəkilmiş fotoları təhlil ediblər.

Bu zaman onlar eroziya nəticəsində buzlaqların göründüyü 8 sahə aşkarlayıblar.

Bəzi buzlaqların qalınlığı 100 metrdən artıqdır.

Həmin sahələr 55 dərəcəyədək maililiyi olan, orta enliklərdə yerləşən yamaclardır. Kraterlərin olmaması buzlaqların bu yaxınlarda yarandığını göstərir.

Buzlaqlar 2 metr qalınlığında toz təbəqəsi ilə örtülüb.