Bolqarıstanın Baş naziri Bakıya gəlir

12 Yanvar 2018 17:56 (UTC+04:00)

Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfər edəcək.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə Bolqarıstan Nazirlər Şurasından məlumat verilib.

Qeyd olunub ki, B.Borisov Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yanvarın 15-16-da Bakıda rəsmi səfərdə olacaq.

Səfərin proqramı dəqiqləşdirilir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.

İki ölkə arasında həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.